Türkiyənin cənub bölgəsində genişmiqyaslı yanğın nəticəsində azı 5 nəfər həlak olub
Türkiyənin cənub bölgəsində genişmiqyaslı yanğın nəticəsində azı 5 nəfər həlak olub

 
Türkiyənin cənub bölgəsində genişmiqyaslı yanğın insan tələfatı ilə nəticələnib. Ən azı 5 nəfər həlak olub və 44 nəfər yaralanıb. Yaralılardan 10-nun vəziyyəti kritik ağırdır. Məlumatı “Deutsche Welle” yayır.

Yanğın Diyarbakır və Mardin əyalətləri arasında davam edir.

Daxili işlər nazirinin bəyanatına əsasən, yanğın saat 22:15-də başlayıb və güclü külək səbəbindən sürətlə yayılıb. Hazırda təbii fəlakət lokallaşdırılıb, likvidasiya işləri aparılır.