Türkiyənin İqdir əyalətində baş verən avtoqəza nəticəsində 17 nəfər həlak oldu, 36-sı isə, ağır yaralandı
Türkiyənin İqdir əyalətində baş verən avtoqəza nəticəsində 17 nəfər həlak oldu, 36-sı isə, ağır yaralandı.
Yayılan məlumata görə, Əfqanistandan, Pakistanda və İrandan qeyri-leqal şəkildə miqrantları gətirən mikroavtobus dirəyə toqqaşdıqdan sonra yandı.
14 sərnişin üçün nəzərdə tutulan mikroavtobusda 50 nəfər var idi.
Yayılan məlumata görə, mikroavtobus Türkiyə sərhədini İran tərəfindən qeyri qanuni şəkildə keçmişdi.