Türkiyənin Gürcüstandakı Səfirliyində zəlzələdən zərər çəkənlərə yardım üçün humanitar yüklərin toplanılması davam edir
Türkiyənin Gürcüstandakı Səfirliyində zəlzələdən zərər çəkənlərə yardım üçün humanitar yüklərin toplanılması davam edir.
Humanitar yükü Türkiyənin Gürcüstandakı Səfirliyinə vətəndaşlar aparırlar.
Ona qədər Türkiyə Səfirliyi vətəndaşların zəlzələdən zərər çəkən bölgələrə yardım üçün əşyaları apara biləcəyi ünvanların siyahısını dərc etdirdi.
Bununla yanaşı Səfirlik tələb olunan əşyaların siyahısını dərc etdirdi: palto, plaş, cemp, əlcək, şərf, beret, corab, yorğan, yataq çantası, qida paketi (quru və konservləşdirilmiş qida), uşaq qidası, uşaq bezləri, təmizlik və gigiyena vasitələri, qadın gigiyena paketləri.
Səfirlikdən verilən məlumata görə, arazusunda olanlar yardımı 10 fevral 2023-cü il, cümə günü günün sonuna qədər aşağıdakı ünvanlara apara bilərlər.
Türkiyə Səfirliyi – İ. Çavçavadze pr. 35, Tbilisi, [email protected]
Belize Turpçu: 511 130 198; Boran Can Koçboğan: 599 033 560
GÜRTİAD Azadlıq Meydanı 4, Tbilisi, [email protected]; Mert Yumuşaker: 577 562 000
MÜSİAD İ. Çavçavadze pr. 37, [email protected], Xatuna: 557 505 946
MMC Yopaş Georgia, anbar, Liban küçəsi 4/q, Avçala, Tbilisi, İsa Altun: 577 562 007