Türkiyənin daxili işlər naziri - gürcü xalqının və Gürcüstan hökumətinin dəstəyini hiss edirik, İrakli Ğaribaşvilinin səfəri bu dəstəyin ifadəsi idi
Fevralın 6-da Türkiyədə dağıdıcı zəlzələ baş verdi, gürcü xalqının və Gürcüstan hökumətinin dəstəyini elə ilk gündən hiss etdik. Baş nazirin səfəri də bu dəstəyin ifadəsi idi. O, şəxsən Türkiyəyə səfər edərək başsağlığı verdi. Bu, bizə həqiqətən motivasiya verən təsirli bir jestdir. Dəstəyiniz bizi həqiqətən gücləndirdi -bu barədə Türkiyə Respublikasının daxili işlər naziri Süleyman Soylu açıqlayıb.
O, gürcü xilasedici qrupun ilk günlərdən xilasetmə əməliyyatlarına qoşulduğunu bildirib.
Türkiyə Respublikasının daxili işlər naziri İrakli Ğaribaşviliyə və onu müşayiət edən nümayəndə heyətinə təşəkkür edib.
“Gürcü xilasedici qrup xilasetmə işlərinə ilk günlərdən qoşulub və mən şəxsən Baş nazirə və onu müşayiət edən nümayəndə heyətinə, eləcə də xilasedicilər qrupuna, gürcü xalqına və Gürcüstan hökumətinə bu çətin günlərdə dəstəyə görə bir daha ürəkdən minnətdarlığımı bildirmək istəyirəm. Həqiqətən bu, əsl dostun dar gündə tanındığını deyə biləcəyimiz bir vəziyyət idi və Gürcüstan daim dəstək göstərirdi”-deyə Süleyman Soylu qeyd edib.
Məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayır.