Türkiyədən Avropa İttifaqına doğru yüzlərlə qaçqın yola düşdü
Türkiyədən Avropa İttifaqına doğru yüzlərlə qaçqın yola düşdü

Türkiyədən Avropa İttifaqına qarşı yüzlərlə qaçqın yola düşdü.

Bu barədə məlumatı Reuters agentliyi türk medyasına istinadən yayır.

Jurnalistlərin məlumatına görə, yüzlərlə qaçqın Yunanistan və Bulqarıstan sərhədinə doğru gedir.

Xatırladaq ki, daha öncə Türkiyə iqtidarı bəyan etmişdi ki, İdlibdə vəziyyətin gərginləşdiyi halda, Ankara Suriyəli qaçqınlara Avropaya doğru getmək imkanını verəcək.

Türk medyasının məlumatına görə, Avropa İttifaqının üzv ölkələrinin sərhədlərinin yanında 300 miqrant var. Onların arasında qadınlar və uşaqlar da var. Qaçqınlar Suriyədən, İrandan, İraqdan, Pakistandan və Marokodandılar.

“Reuters” agentliyi qeyd edir ki, sərhədlərə doğru gedən qaçqınların video-kadrlarını türk medyası yayır.

Xatırladaq ki, Suriyənin İdlib əyalətində, vəziyyət Suriyə əsgərləri tərəfindən türk əsgərlərinə edilən avia-hücümdan sonra daha da gərginləşdi.