Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində həlak olannların sayı 24-də çatıb, 800 nəfər isə, yaralanıb.
Yerli medyanın məlumatına görə, dağılan 17 binadan səkkizində axtarış işləri başa çatıb, doqquzunda isə, vətəndaşların axtarışı bu vaxta qədər davam edir.
6.7 maqnituda gücündəki zəlzələ Türkiyənin Ege Dənizi sahilyanında, Yunanistanın Samos adasının şimal tərəfində baş verdi.
Zəlzələnin 19 təkanı oldu və hər bir təkanın gücü 3.3-dən 4.8 maqnitudaya qədər di.