Türkiyədə yolçu avtobusunun yük maşını ilə toqquşması nəticəsində 13 nəfər həlak oldu
Türkiyədə yolçu avtobusunun yük maşını ilə toqquşması nəticəsində 13 nəfər həlak oldu

Türkiyənin şimal hissəsində yolçu avtobusu yül maşını ilə toqquşdu.

Türkiyənin NTV teleşirkətinin yaydığı məlumata görə, qəza nəticəsində ölənlərin sayı 13-dür.

Turist şirkətinə aid olan avtobus İstanbuldan Tokat istiqamətinə doğru gedirdi.

Qəza yerli vaxt ilə səhər saat 05:30-da Çorum əyalətində baş verdi.

Toqquşma nəticəsində avtobusda yanğın çıxdı.

Ölənlərdən başqa, bir neçə yolçunun vəziyyəti ağırdır.