Türkiyədə, İzmir vilayətində baş verən yol qəzası nəticəsində həlak olanların sayı 22-dək artdı. Bu barədə yerli media məlumat yayır.
Həlak olanlar arasında azyaşlı uşaqlar da var. Xəsarət alan 13 nəfəri xəstəxanaya apardılar.
ürkiyə mediasının məlumatına görə, çaya düşən yük avtomobili miqrantları aparırdı. Onlar Yunanıstana getməyi planlaşdırırdılar.
Yol qəzasının baş verməsi səbəbləri yenə də məlum deyil. Hadisə yerində ekspertlər işləyirlər.