İstanbulda kontr-terorist xüsusi əməliyyatı çərçivəsində “İslam dövlətinin” 31 üzvünü həbs etdilər.
Xüsusi əməliyyat üç müxtəlif ünvanda yerləşən binalarda həyata keçirildi.
Bu haqda məlumatı Türkiyənin Anadolu informasiya agentliyi yayır.
Yayılan məlumata görə, başqa ölkənin vətəndaşları olan həbs edilən ekstremistlər Türkiyə ərazisində teror aktlarını planlaşdırırdılar.