Türkiyədə son 24 saat ərzində koronavirusun 22 195 yeni halı qeydə alınıb
Türkiyədə son 24 saat ərzində koronavirusun 22 195 yeni halı qeydə alınıb.
Bu haqda məlumatı “Anadolu” agentliyi Türkiyənin Səhiyyə Nazirliyinə istinadən yayır.
Son 24 saat ərzində Türkiyədə koronavirusdan 25 516 nəfər sağaldı, 241 nəfər isə, həlak oldu.
Pandemiyanın başladığı gündən bugünə qədər, Türkiyədə koronavirusun iki milyondan çox halı qeydə alınıb. Onların arasında 1,78 milyon pasient sağaldı, 17 851 nəfər isə, həlak oldu.