Türkiyədə son 24 saat ərzində koronavirusdan 87 nəfər həlak oldu
Türkiyədə son 24 saat ərzində koronavirusdan 87 nəfər həlak oldu

Türkiyədə koronavirusdan ölənlərin sayı 812-yə çatdı. Son 24 saat Türkiyədə koronavirusdan 87 nəfər həlak oldu.

Bu haqda məlumatı Türkiyənin Səhiyyə Nazirliyi yayır.

İnfeksiyaya yoluxanların sayı isə, son 24 saat ərzində 4177 oldu. Beləliklə, Türkiyədə koronavirusa yoluxanların sayı 38 266-ya çatdı.

Virusdan sağalanların sayı isə, 1864-dür.