Türkiyədə  son 24 saat ərzində koronavirus səbəbi  ilə 31 nəfər dünyasını dəyişib
 Türkiyədə  son 24 saat ərzində koronavirus səbəbi  ilə 31 nəfər dünyasını dəyişib

Türkiyədə   son 24 saatda 31 nəfər koronavirusdan dünyasını dəyişib.

Bu barədə məlumatı Türkiyənin Səhiyyə Nazirliyi yayır.

Beləliklə,ölkədə virusdan dünyasını dəyişən insanların sayı 4171-i təşkil edir.Türkiyədə son 24 saatda yoluxanların sayı 1158 nəfər artıb.

Cəmdə,epidemiyanın başlamasından bu günədək,Türkiyədə yeni növ koronavirus infeksiyasına  150 593 nəfər yoluxub, 111 577 pasiyent isə sağalıb.

 

Hazırladı-Sevinc Mustafayeva