Türkiyədə Rusiya səfirinin qətlini təşkil etməkdə şübhəli olan şəxs həbs edildi
Türkiyə polisi keçən il Rusiyanın səfiri Andrey Karlovun qətlini təşkil etməklə ittiham edilən şəxsi həbs etdi.
Bu barədə məlumatı Daily Sabah agentliyi yayır.
Agentliyin məlumatına görə, şübhəli şəxs keçmişdə Fethullah Gülenin “Feto” təşkilatının üzvü olduğu üçün məsuliyyətə cəlb olunmuşdu.
Türk medyasının yaydığı məlumata görə, adı bildirilməyən həbs edilən şəxs, Rusiya səfirinin qətlinin təşkilində ciddi rol oynayır.
Ankarada rus diplomatının öldürülməsi ilə bağlı, daha öncə üç sabiq polis, Guru Medya nəşriyyatının rəhbəri və qətlin törədildiyi foto-sərginin təşkilatçısı həbs edildi.
Səfir Andrey Karlovu 2016-cı ilin dekabrın 16-da Ankarada Müasir Sənət Mərkəzində qətlə yetirdilər.