Türkiyədə polis bir ton narkotik vasitəsini aşkar etdi.
Türk mediasının məlumatına görə, İzmir şəhərinin Gülbahçe rayonunda, hüquqmühafizəçilər yoxlama məqsədi ilə avtomobili saxladılar. Avtomobildə böyük miqdarda narkotik vasitəsi aşkar olundu. Sürücünü polis saxladı.
Türkiyə polisinin göstəricilərinə istinad edərək, türk mediası yazır ki, ölkənin təhlükəsizlik qüvvələri 2018-ci ildə 17.3 ton heroin müsadirə etdilər və 1500-dən artıq şübhəlini yaxaladılar.