Türkiyədə öldürülən Luxum Cancarianın cəsədini Gürcüstana gətirdilər
Türkiyədə öldürülən Luxum Cancarianın cəsədini Gürcüstana gətirdilər

Türkiyədə öldürülən Gürcüstan vətəndaşı Luxum Cancarianın cəsədini Gürcüstana gətirdilər.

Öldürülən şəxsin oğlu Levan Cancarianın dediyinə görə, cəsəddə elə ağır zərbə izləri var ki, onu tanımaq mümkün olmur.

Ailə Cancarianın öldürülməsi ilə bağlı istintaqın keçirilməsini tələb edir və bəyan edir ki, onu Türkiyədə gürcülər öldürüblər.

47 yaşlı Luxum Cancaria Türkiyəyə işləmək üçün, bir yaxınının yardımı ilə, 10 gün öncə getmişdi.

Bir neçə gün bundan əvvəl Luxum Cancarianın cəsədini İstanbulun skverlərinin birində tapdılar.

Luxum Cancaria Zuqdidi Munisipalitetinin Kaxati kəndinin sakini idi.