Batumi və Lazeti mitropoliti Dimitri Şiolaşvilinin xeyir-duası ilə fevralın 26-da indiki Türkiyə ərazisində yerləşən Borçxa kəndindəki Mamatsminda məbədində ilahi liturgiya keçirilib.
Patriarxlıqdan verilən məlumata əsasən, liturgiya Batumi və Lazeti yeparxiyasının din xadimləri tərəfindən həyata keçirilib.
Patriarxlığın yaydığı məlumatda qeyd edildiyi üzrə, məbəd ehtimal ki, XVI əsrdə tikilib. Türkiyə hökumətinin dəstəyi ilə bu mədəni irs abidəsinin bərpası nəzərdə tutulur.