Türkiyədə koronavirusun ikinci halı qeydə alındı
Türkiyədə koronavirusun ikinci halı qeydə alındı

Türkiyədə koronavirusun ikinci halı qeydə alındı.

Türkiyənin Səhiyyə Naziri Fahrettin Koçun bəyanatına görə, Türikiyədə koronavirusa yoluxan ikinci şəxs, ilk xəstələnən şəxs ilə ünsiyyətdə olub.

“İkinici xəstəmiz də ilk pasientin yaxın çevrəsindəndir. Biz bu virusun qarşısını almaq üçün əlimizdən gələni edirik və problemi birlikdə aradan qaldıracağıq” – dedi Türkiyənin Səhiyyə Naziri.

Türkiyədə koronavirusun ilk halının qeydə alınması ilə bağlı məlumat cari həfətnin əvvəlində yayıldı.

Pasient Türkiyəyə Avropadan gedibmiş.