Türkiyədə koronavirusun 61 900 yeni halı təsdiq olundu, 362 pasiyent vəfat etdi
Türkiyədə son 24 saat ərzində koronavirusun 61 900 yeni halı təsdiq olundu, 52 200 pasiyent müalicə olunaraq sağaldı. Ölkədə son bir gündə virusdan 362 insan vəfat etdi. Bu Türkiyə üçün ölüm hallarının rekord olaraq yüksək göstəricisidir.
Bu günki göstəricilərlə, ölkədə virusa yoluxmanın 4.4 milyon halı qeydə alınıb, 3.84 milyon pasiyent müalicə olunaraq sağalıb.
Cəmi, epidemiyanın başlamasından bu günə qədər, Turkiyədə koronavirusdan 36 975 pasiyent vəfat edib.