Türkiyədə jurnalist Cemal Kaşıkçının parçalanmış cəsədi tapıldı.
Bu barədə məlumatı Vatan partiyasının lideri Doğu Perinçek verdi.
Haberler agentliyinin məlumatına görə, jurnalistin cəsədi İstanbulda, baş konsulluq iqamətgahının ərazisindəki quyuda tapıldı.
Doğu Perinçek bəyanat verdiyi zaman qeyd etdi ki, faktla bağlı ətraflı məlumatı öz çıxışında Rəcəp Tayyip Erdoğan verəcək.
The Washington Post-un jurnalisti olan, Səudi Ərəbistan vətəndaşı Cemal Kaşıkçı oktyabrın 2-də Səudi Ərəbistan Konsulluğuna daxil oldukdan sonra yoxa çəkildi.
Səudi Ərəbistan iqtidarı jurnalist Cemal Kaşıkçının ölüm səbəbini konsulluqda baş verən “münaqişə” adlandırır.
Qeyd olunan cinayətlə bağlı 18 nəfər həbs edilib. Səudi Ərəbistan Kəşfiyyat Xidmətinin iki yüksək rütbəlisi isə, azad edildi.
Türkiyə tərəfi konsulluqdaki münaqişə versiyasına inanmır və iddia edir ki, Cemal Kaşıkçıyı xüsusi təyinat qüvvələrinin 15 üzvü öldürdü, cəsədini isə, parçaladı.