Türkiyədə isə İzmir vilayətində meşə yanğını ilə mübarizə aparırlar
Türkiyədə isə İzmir vilayətində meşə yanğını ilə mübarizə aparırlar

Türkiyənin qərbində, İzmir vilayətində meşə yanğını ilə mübarizə aparırlar. Bir neçə rayonda təxliyə elan edilib, bir neçə ev və avtomobil yanıb.

Sürəti saatda 80 kilometrə çatan güclü külək yanğının söndürülməsinə mane olur. Yanğının söndürülməsinə 5 təyyarə, 15 helikopter, 10 yanğınsöndürən maşın və digər texnika cəlb olunub. Fəlakət bölgəsinə gedən bir neçə magistral yol bağlanıb.

Karşiaka rayonunda yanğın sənaye sahəsinə çatıb və bir neçə obyektə, o cümlədən emal fabrikinə, həmçinin mərmər, ağac fabriklərinə və mebel sexlərinə keçib.