Türkiyədə “Instagram”ın qadağan edilməsini tənqid etdiyinə görə bir nəfəri saxlayıblar
Türkiyədə “Instagram”ın qadağan edilməsini tənqid etdiyinə görə bir nəfəri saxlayıblar

 
Türkiyədə “Instagram”ın qadağan edilməsini tənqid etdiyinə görə bir nəfəri saxlayıblar. Bu haqda məlumatı “Reuters” yayır.

Nəşrin məlumatına əsasən, Türkiyənin məhkəməsi nifrəti təşviq etmək və prezidenti təhqir etmək ittihamı ilə bir nəfərin həbsinə dair əmr verib. “Reuters”in yazdığı kimi, təqsirləndirilən şəxs sosial şəbəkənin “Instagram”ın qadağan edilməsini tənqid edib.

Keçən həftə “YouTube”da dərc edilmiş videoda təqsirləndirilən qadın “Instagram”ın qadağan edilməsi haqqında nə düşündükləri soruşulan yoldan keçən bir neçə nəfərin arasında olub.

“Bu səhvdir. Prezident “Instagram”a istədiyi kimi qadağa qoya bilməz” – qadın bildirib.

Bununla yanaşı, o, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı və “Instagram”ın qadağan edilməsini dəstəkləyənləri tənqid edib.

Məlumat üçün bildirək ki, Türkiyə avqustun 2-də sosial medianın “qanun və qaydaları”nı pozduğuna görə “Instagram”a çıxışı qadağan edib, daha sonra isə “Instagram” hakimiyyətlə əməkdaşlığa razılaşdığı üçün məhdudiyyəti aradan qaldırıb.