Türkiyədə 300 nəfəri yaxaladılar, çünki onlar sosial şəbəkə vasitəsi ilə, hökumətin Suriyanın şimalında həyata keçirdiyi əməliyyatı tənqid edirdilər.
Daxili İşlər Nazirliyinin məlumatına görə, 311 nəfər həbs edilib və onları sosial şəbəkə vasitəsi ilə, terror qruplaşmasının təbliğatında günahlandırırlar. Yaxalananlar arasında jurnalistlər, siyasətçilər və fəallar var.
Qeyd edək ki, Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə yanvarın 20-də Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatına başlayıb. Türk silahlı qüvvələri kürd hərbi qruplaşması mövqelərini bombalayır.