Türkiyədə gürcü xilasedicilərinin rotasiyası baş verdi, 112 xilasedici xilasetmə işlərini Hatay vilayətində davam etdirəcək
Türkiyənin Adıyaman şəhərində gürcü xilasedicilərinin rotasiyası baş verdi. Bu barədə məlumatı Türkiyədə Gürcüstan səfiri, Giorgi Cancğava yayır.
Səfirin məlumatına görə, gürcü xilasediciləri lokasiyanı dəyişdilər və xilasetmə işlərini Hatay vilayətində davam etdirəcəklər.
“Türkiyənin Adıyaman şəhərində gürcü xilasedicilərimizin rotasiyası baş verdi. Lakasiya dəyişdi, hazırda 112 nəfərlik gürcü kolonası axtarış-xilasetmə əməliyyatının davam etdirilməsi üçün Hatay vilayətinə doğru hərəkət edir. Onlara uğurlar və sağ-salamat dönmələrini arzulayaq”, – səfir sosial şəbəkədə yazır.