Türkiyədə gürcü xilasediciləri daha bir insanı xilas etdilər
Türkiyədə gürcü xilasediciləri daha bir insanı xilas etdilər

Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəetmə Xidmətinin yanğınsöndürən-xilasediciləri Türkiyədə, Adıyaman şəhərində zəlzələnin nəticələrinin aradan qaldırlması tədbirləri zamanı xarabalıqlardan daha bir sağ insanı çıxardılar. Xilasetmə əməliyyatı 20 saat davam edirdi. Hadisə yerindən Gürcüstanın Birinci Kanalının çəkiliş qruöunun verdiyi məlumatı görə, qadın kontaktlı idi. Onu ən yaxın xəstəxanaya çatdırdılar.

Gürcü xilasediciləri, xilasetmə tədbirləri çərçivəsində, xarabalıqlar altında qalan artıq ikinci insanı xils etdilər.

Türkiyənin Adıyaman şəhərində xilasetmə əməliyyatlarında 100 gürcü yanğınsöndürən-xilasedicisi iştirak edir. Xilasedicilər qrupu zəlzələnin nəticələrinin aradan qaldırılması və xilasetmə tədbirlərinin həyata keçirilməsi istiqamətində təlim keçmiş yanğınsöndürənlər, kinoloqlar və xilasedici itlərlə komplektləşdirilib.

Türkiyədə xilasetmə və təmizləmə işlərinin davam etdiyi fəlakət bölgəsində Gürcüstanın Birinci Kanalının çəkiliş qrupu işləyir. Nodar Çaçua, Giorgi Kikvadze, İrakli Qedenidze və Paata Qotsadze Adiaman vilayətindədilər.