Türkiyədə Fethullah Gülenlə işbirliyi ittihamı ilə 85 hərbi xidmətçi həbs edildi
Türkiyədə Fethullah Gülenlə işbirliyi ittihamı ilə 85 hərbi xidmətçi həbs edildi.
Ankara prokurorluğu Türkiyənin Hava Qüvvələri bölmələrində “Fetocu”-ların daxil olma işini müzakirə edir.
Prokurorlar ümumilikdə 110 əsgərin həbs edilməsi haqqında qərar verdilər.
Xüsusi əməliyyat Türkiyənin 16 əyalətində keçirildi.
25 şübhəlinin həbs edilməsi əməliyyatı isə, bu vaxta qədər davam edir.
Türkiyə iqtidarı Amerikada yaşayan Fethullah Güleni hərbi çevriliş cəhdində ittiham edir. Gülen isə, ona qarşı irəli sürülən ittihamları rədd edir.