Türkiyədə Fethullah Gülenlə əməkdaşlıq ittihamı ilə onlarla hərbi xidmətçi həbs edildi
Türkiyə polisi Hərbi Hava Qüvvələrinin onlarla əməkdaşını həbs etdi.
Həbs edilən hərbi xidmətçilər Fethullah Gülenlə əməkdaşlıqla ittiham edilirlər.
Reuters agentliyinin yaydığı məlumata görə, İzmir şəhərinin prokurorluğu 96 nəfərin həbs edilməsi orderini verdi.
Həbs edilənlər arasında, 2016-cı ildəki hərbi çevriliş cəhdindən sonra işdən azad edilən sabiq hərbi xidmətçilər də var.
Həbs edilmə əməliyyatı Türkiyənin 14 əyalətində həyata keçirilir.
2016-cı ilin 15 iyul gecəsində, Türkiyədə hərbi çevriliş cəhdi ittihamı ilə 160 min nəfər həbs edildi.
Ankara hərbi çevrilişin təşkil edilməsində, Amerikada yaşayan Fethullah Güləni ittiham edir.