Türkiyədə daha bir Gürcüstan vətəndaşının ölüm faktı təsdiqlənib
Türkiyədə daha bir Gürcüstan vətəndaşının ölüm faktı təsdiqlənib

 

Türkiyədə baş vermiş zəlzələ nəticəsində daha bir Gürcüstan vətəndaşının ölüm faktı təsdiqlənib.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayır.

“Sosial şəbəkədə Türkiyə Respublikasının Adıyaman şəhərində gürcü xanım İ.Ch.-nin vəfatı haqqında məlumat yayıldı. Gürcüstanın Türkiyədəki səfirliyi dünyasını dəyişmiş vətəndaşın ailə üzvü ilə əlaqə saxlayıb və o, ölüm faktını təsdiqləyib. Verilmiş məlumatda dünyasını dəyişmiş şəxsin ikili vətəndaşlığa sahib olduğu və ailə üzvləri tərəfindən müvafiq prosedurlar aparıldığı deyilir” -deyə məlumatda deyilir.

Fevralın 6-da səhər saatlarında Türkiyədə güclü zəlzələ baş verib. Son məlumatlara görə, zəlzələ nəticəsində ölkədə 3-ü Gürcüstan vətəndaşı olmaqla 8574 nəfər həlak olub.