Türkiyədə bəyan edirlər ki, rus raket sistemini aprel ayında işə salacaqlar
Türkiyədə bəyan edirlər ki, rus raket sistemini aprel ayında işə salacaqlar

Türkiyə rus raket sistemini aprel ayında işə salacaq.

Bu barədə bəyanatı Türkiyənin Müdafiyə Naziri Hulusi Akar verdi.

“Biz prinsiplərə əsaslanan oyunun qaydaları ilə hərəkət edirik. Prezidentimiz rus zenit kompleksi “Es-200″ ilə bağlı bütün suallara cavab verdi. Bu komplekslər aprel ayında işə salınacaqlar” – dedi Müdafiyə Naziri.

Suriyədə vəziyyətin gərginləşməsinə gəlincə isə, Türkiyənin Müdafiyə Naziri Hulusi Akar bəyan etdi ki, “Türkiyə Rusiya ilə münaqişəyi düşünmür”.

“Əlimizdən gələni edirik ki, Rusiya ilə münaqişəmiz olmasın. İdlibdə tək tələbimiz isə, Bəşər Əsədin atəşkəs haqqında razılaşma qaydalarına riayət etməsidir” – dedi Hulusi Akar.

Medya vasitələrinin məlumatına görə, fevralın 20-də Tükiyənin dəstəyi ilə hərəkət edən qüvvələr İdlibdə kontr-hücum həyata keçirdilər və yeni ərazilər zəbt etdilər.

Bununla yanaşı, fevralın 20-də, Türkiyə Silahlı Qüvvələrinə edilən hücum zamanı, iki türk əsgəri həlak oldu, beşi isə, yaralandı.