Türkiyədə baş verən zəlzələ nəticəsində zərər görənlərin sayı 39-a çıxdı
Türkiyədə baş verən zəlzələ nəticəsində zərər görənlərin sayı 39-a çıxdı.
Bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayır.
Həkimlərin məlumatına görə, 35 zərər görən bu vaxta qədər xəstəxanada qalır. Onların sağlamlıq vəziyyətləri stabildir.
5.1 maqnitudalı zəlzələ Adıyaman əyalətində, səhərə yaxın baş verdi.
Zəlzələnin episentri 7 kilometr dərinliyində qeyd edildi.