Türkiyədə baş verən zəlzələ nəticəsində Gürcüstan vətəndaşı həlak olub
Türkiyədə baş verən zəlzələ nəticəsində Gürcüstan vətəndaşı həlak olub

 

Türkiyədə baş vermiş zəlzələ nəticəsində Gürcüstan vətəndaşı həlak olub-bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayır.

Nazirlikdən verilən məlumatda Gürcüstanın diplomatik nümayəndəliyinin mərhumun ailə üzvləri və Türkiyənin müvafiq qurumları ilə əlaqədə olduğu deyilir.

“Gürcüstanın Türkiyə Respublikasındakı Səfirliyinə Gürcüstan vətəndaşı N.Z.-nin Antakya şəhərində zəlzələ nəticəsində həlak olması barədə məlumat daxil olub. Gürcüstanın diplomatik nümayəndəliyi mərhumun ailə üzvləri, eləcə də Türkiyənin müvafiq qurumları ilə əlaqə saxlayır”-deyə Gürcüstan Xarici İşlər Nazirliyindən açıqlayıblar.

Bu gün səhər saatlarında Türkiyədə güclü zəlzələ baş verib. Son məlumatlara görə zəlzələ nəticəsində ölkədə 912 nəfər həlak olub, 5385 nəfər xəsarət alıb.