Türkiyə Yunanıstana meşə yanğını ilə mübarizə üçün iki təyyarə və helikopter göndərib
Türkiyə Yunanıstana meşə yanğını ilə mübarizə üçün iki təyyarə və helikopter göndərib

 
Türkiyə Yunanıstana iki yanğınsöndürən təyyarə və helikopter göndərib.

Bu barədə məlumatı “Anadolu” yayır.

Qeyd olunur ki, Türkiyə Yunanıstana yardımı dünən təklif edib.

Yunanıstanda Afinanın şəhərətrafında yanğınla mübarizə aparırlar.

Quraqlıq, güclü külək və relyef təbii fəlakətlə mübarizəni çətinləşdirir.

Türkiyə tərəfindən göndərilən iki yanğınsöndürən təyyarə və helikopter artıq Afina Hava Limanına eniş edib.