Türkiyə Xarici İşlər Nazirliyi Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin yanvarın 14-də Moskvada danışıqlar aparacağını bəyan edir
Türkiyə Xarici İşlər Nazirliyi Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin yanvarın 14-də Moskvada danışıqlar aparacağını bəyan edir

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri yanvarın 14-də Moskvada danışıqların birinci raundunu keçirəcəklər. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən yayılan məlumatda deyilir.

“Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin birinci görüşü Moksvada yanvarın 14-də olacaq”, – məlumatda deyilir.

Öz növbəsində, məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi, Vahan Unanyan təsdiqlədi.

Keçən həftə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan etdi ki, tərəflər arasında planlaşdırılan ilk görüşdə çox güman ki, xüsusi yol xəritəsinin yaradılması və etimadın möhkəmləndirilməsi tədbirləri müzakirə olunacaq.