Türkiyə Xarici İşlər Nazirliyi - Qudauridə xilasetmə əməliyyatı zamanı helikopterin qəzaya uğraması və 8 ekipaj üzvünün həlak olması bizi kədərləndirdi
Türkiyə Xarici İşlər Nazirliyi Qudauridə baş verən faciədən kədərləndiyini ifadə edir və həlak olanların ailələrinə başsağlığı verir.
“Gürcüstanda, Qudauridə xilasetmə əməliyyatı zamanı helikopterin qəzaya uğraması və göyərtəsində olan 8 ekipaj üzvünün həlak olması bizi kədərləndirdi. Həlak olanların ailələrinə və qonşumuz Gürcüstanın dost hökumətinə və xalqına başsağlığı veririk”, – Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 29-da Qudauri yaxınlığında iki nəfər paraplanla uçarkən qayalıq yamaca düşdü. Xilasetmə əməliyyatına Sərhəd Polisinə məxsus helikopter cəlb olunub, hansı da tədbir zamanı idarəsini itirdi və qəzaya uğradı. Helikopterin göyərtəsində dörd ekipaj üzvü, o cümlədən Daxili İşlər Nazirliyinin fövqəladə halların idarə olunması xidmətinin iki xilasedicisi və Səhiyyə Nazirliyinin fövqəladə halların koordinasiyası və təcili yardım mərkəzinin iki həkimi var idi. Hadisə yerinə gələn Daxili İşlər naziri, Vaxtanq Qomelaurinin sözlərinə görə, helikopterdə olan 8 nəfərin hamısı həlak oldu. Daxili işlər nazirinin sözlərinə görə, xarici turist də halak oldu, hansının xilas edilməsi üçün əməliyyat aparılırdı. Bununla yanaşı, paraplanın düşməsi nəticəsində xəsarət alan bir nəfər də klinikaya yerləşdirildi.
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili başsağlığı məktubunda bəyan etdi ki, Qudauridə baş verən faciə ilə əlaqədar 30 iyul ölkədə matəm günü elan edilir.