Türkiyə vətəndaşlığını almaq prosesi asanlaşdırılır
Türkiyə vətəndaşlığını almaq prosesi asanlaşdırılır

Türkiyə respublikasının qərarı ilə, xarici vətəndaşlar üçün Türkiyə vətəndaşlığını almaq prosesi asanlaşdırılır.

Bu barədə sərəncamı Türkiyə prezidenti Rəcəp Tayyip Erdoğan verdi.

Sənədə əsasən, xarici ölkə vətəndaşının Türkiyə vətəndaşlığını almaq üçün Türkiyədə 500 000 dollar məbləğində kapitalı olmalıdır.

Bu sərəncama qədər isə, minimal tələb 2 milyon lari idi.

Bununla yanaşı, Türkiyə vətəndaşlığını almaq üçün Türkiyədə 250 min dollarlıq daşınmaz əmlakı olmalıdır.

Həmçinin, 50 vətəndaşı işlə təmin edən xarici ölkə vətəndaşı Türkiyə vətəndaşı ola bilər. Buna qədər isə, vətəndaşlıq almaq üçün 100 nəfər işlə təmin edilməli idi.