Türkiyə və Rusiya avia-uçuşların bərpası ilə bağlı razılığa nail olundu.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına görə, iki ölkə arasında avia-uçuşlar iyulun 15-dən bərpa olunacaq.
İyulun 13-də türk aviaşirkəti “Turkish Airlines” bəyan etdi ki, avqustun 1-dən, Moskvaya həftədə 14 reys həyata keçirməyi, Sankt-Peterburqa isə, həftədə 5 reys keçirməyi planlayır.
Türk aviaşirkəti Kazan, Rostov, Soçi və Krasnodara avia-reyslərini də bərpa edəcək.