Türkiyə və Misirin xarici işlər nazirləri İstanbulda Qəzza zolağında mövcud vəziyyəti müzakirə ediblər
ISTANBUL, TURKIYE - APRIL 20: Turkish Foreign Minister Hakan Fidan (R) and his Egyptian counterpart Sameh Shoukry (L) hold a joint press conference after their meeting at the Istanbul Representation of Turkish Foreign Ministry in Istanbul, Turkiye on April 20, 2024. (Photo by Murat Gok/Anadolu via Getty Images) Egyptian Foreign Minister Sameh Shoukry, left, and Turkish Foreign Minister Hakan Fidan hold a joint news conference in Istanbul on April 20. Murat Gok/Anadolu Agency/Getty Images
Fələstinin dövlət kimi tanınmasına qədər bölgədəki digər münaqişələr kimi İsraillə İran arasındakı gərginlik də həll olunmayacaq. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan misirli həmkarı Sameh Şükri ilə İstanbulda keçirdiyi birgə mətbuat konfransında bildirib.
Nazirlər digər məsələlərlə yanaşı, Qəzza zolağına daha çox humanitar yardımın göndərilməsi məsələsini müzakirə ediblər. Hakan Fidanın sözlərinə görə, beynəlxalq ictimaiyyət üçün prioritet İsrailin işğalına son qoymaq olmalıdır.
“Bizim birinci prioritetimiz İsrailin işğalına son qoymaq və iki dövlət formulunu həyata keçirmək olmalıdır”, – deyə Türkiyənin XİN rəhbəri bildirib.
Misirin xarici işlər nazirinin sözlərinə görə, Yaxın Şərqdəki hərbi münaqişə bütün dünya üçün təhlükə təşkil edir.