Türkiyə və Hollandiya diplomatik əlaqələrini bərpa etdilər.
Bu da deməkdir ki, Türkiyə səfiri Haaqaya qayıdacaq və fəaliyyətinə davam edəcək, Hollandiya səfiri isə, Ankaraya qayıdacaq.
Bu barədə məlumatı Hollandiyanın Xarici İşlər Nazirliyi yayır.
Hollandiya və Türkiyə arasındaki əlaqələr Hollandiyanın türk nazirlərinə Rəcəp Tayyip Erdoğanı dəstəkləyən aksiyalar keçirməyə izin verməməsindən sonra gərginləşdi.
Qeyd olunan insindentdən sonra, hər iki ölkə səfirlərini geri çağırdı.