Türkiyə və Fələstin administrasiyalarının verdiyi məlumata görə, İsrail qüvvələri İordan çayının qərb sahilində etiraz aksiyasına qatılan Türkiyə və ABŞ vətəndaşı olan qadını öldürüb
Türkiyə və Fələstin administrasiyalarının verdiyi məlumata görə, İsrail qüvvələri İordan çayının qərb sahilində etiraz aksiyasına qatılan Türkiyə və ABŞ vətəndaşı olan qadını öldürüb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İordan çayının qərb sahilində ikili Türkiyə-ABŞ vətəndaşlığı olan qadının İsrail qüvvələri tərəfindən öldürülməsini pisləyib.

“Dünən qızlarımızdan birini öldürdülər. 40 min günahsız vətəndaşı, o cümlədən 17 min uşağı öldürdülər”. – dedi.

Ərdoğanın sözlərinə görə, İsrail Fələstin ərazilərini işğal etməyə davam edərsə, o zaman gözünü bölgədəki digər ölkələrin ərazilərinə dikəcək.

“İsrail belə davam edərsə, Ramalı işğal etdikdən sonra gözünü başqa yerə dikəcək. Növbə bölgənin digər ölkələrinə – Livana, Suriyaya çatacaq və onlar gözlərini Fəratla Dəclə arasındakı torpaqlarımıza dikəcəklər”. – deyə Ərdoğan bildirib.

Türkiyə rəsmiləri və Fələstin Administrasiyasının məlumatına görə, İsrail qüvvələri İordan çayının qərb sahilində yəhudi məskənlərinə qarşı etiraz aksiyasında iştirak edən Türkiyə və ABŞ ikili vətəndaşlığı olan qadını öldürüb.

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, başından güllə yarası alan 26 yaşlı Aizenur Ezgi Egi xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişib. O, Seattle Universitetinin məzunu idi.

Ağ Ev İsraili insidenti araşdırmağa çağırır.

“Biz İsrail hökuməti ilə əlaqə saxladıq ki, əlavə məlumat tələb edək və hadisəni araşdıraq”. – Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Sevet bildirib.

İsrail Müdafiə Qüvvələri xəbərləri öyrəndiklərini bildirir.