Türkiyə və Ermənistanın xüsusi nümayəndələri ölkələr arasında münasibətlərin normallaşmasına dair danışıqlar aparıblar
Türkiyə və Ermənistanın xüsusi nümayəndələri ölkələr arasında münasibətlərin normallaşmasına dair danışıqlar aparıblar.
Serdar Kılıç və Ruben Rubinyan Rusiyanın paytaxtında görüşüblər.
Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, ilk görüş konstruktiv şəraitdə keçib və tərəflər tam normallaşma üçün danışıqların ilkin şərt olmadan davam etdiriləcəyi barədə razılığa gəliblər. Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, ikinci görüşün tarixi və yeri diplomatik kanallar vasitəsilə müəyyən ediləcək.
Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıqlar saat yarım davam edib və tərəflər dialoq yolu ilə normallaşma prosesi ilə bağlı ilkin fikir mübadiləsi aparıblar.
Türkiyə və Ermənistan ötən ilin dekabrında xüsusi nümayəndələr təyin ediblər.