Türkiyə və Ermənistan münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndələr təyin edəcəklər
Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün lazım olan addımları müzakirə etmək məqsədi ilə hər iki tərəf xüsusi nümayəndələr təyin edəcək-bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu parlamentdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Türkiyə və Ermənistan İstanbul və İrəvan arasında çarter reyslərini bərpa edə bilər. Bundan başqa, türk diplomatın sözlərinə görə, rəsmi Ankara Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün lazımi koordinasiyanı təmin edəcək.
Türk tərəfinə Ermənistan Xarici İşlər Nazirliyi münasibət bildirib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyanın sözlərinə görə, Ermənistan əvvəllər olduğu kimi, ilkin şərt olmadan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə hazırdır ki, bu da rəsmi İrəvan hökumətinin proqramında yazılıb.
“Bununla bağlı, biz Türkiyənin xarici işlər nazirinin münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndə təyin edilməsinə dair bəyanatını müsbət qiymətləndiririk və Ermənistan tərəfinin də bu dialoqa xüsusi nümayəndə təyin edəcəyini təsdiqləyirik”, – deyə Vaan Unanyan bildirib.