Türkiyə və Azərbaycanın xarici əlaqələr komitələrinin sədrləri və nümayəndə heyətinin üzvləri Gürcüstandadırlar
Parlamentin xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradzenin dəvəti ilə Türkiyə və Azərbaycanın xarici əlaqələr komitələrinin sədrləri və nümayəndə heyətinin üzvləri Gürcüstandadırlar. Bu barədə məlumatı parlamentin mətbuat xidməti yayır.
Səfərin ilk günü Gürcüstan-Türkiyə-Azərbaycan xarici əlaqələr komitələrinin illik üçtərəfli iclası keçirilib. İclası parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze açaraq, Cənubi Qafqazda sülh və təhlükəsizlik naminə regional əməkdaşlığın dərinləşdirilməsi, yeni geosiyasi şəraitdə geniş Qara dəniz regionunun əhəmiyyəti, Rusiyanın Ukraynaya təcavüzü və onun qlobal və regional səviyyədə nəticələri, Cənubi Qafqaz üçün yeni imkanlar və üçtərəfli qanunvericilik formatından səmərəli istifadə yolları kimi mühüm məsələləri müzakirə edib.
Nikoloz Samxaradze de-okupasiyanın vacibliyinə diqqət çəkib, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədikləri üçün türk və azərbaycanlı həmkarlarına təşəkkür edib.
“Gürcüstanın iki bölgəsinin Rusiya tərəfindən işğalı məsələsinin beynəlxalq gündəmdə saxlanması bizim üçün böyük əhəmiyyət kəsb edir və bu fonda, mən sizin hökumətlərinizə və qanunverici orqanlarınıza Gürcüstanın müxtəlif beynəlxalq və regional təşkilatlarda, forumlarda təqdim etdiyi qətnamələri və siyasi bəyannamələri dəstəklədiklərinə görə təşəkkür edirəm”- deyə komitə sədri açıqlayıb.
Nikoloz Samxaradze regionun tranzit funksiyasından ; Tranzit dəhlizlərinin əhəmiyyətindən, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub qaz dəhlizi, Orta dəhliz və Qara dəniz sualtı kabel layihəsidən danışıb.
Parlamentin mətbuat xidmətindən açıqlandığı üzrə sözügedən formatda keçirilən görüş hər il keçirilir və üç ölkə arasında qanunvericilik səviyyəsində tərəflərin regionda gedən prosesləri, üçtərəfli strateji tərəfdaşlığın mühüm aspektlərini və əməkdaşlığın gələcək addımlarını müzakirə etmək imkanı əldə etdikləri mühüm platformadır.
Görüşdə Xarici Əlaqələr Komitəsi sədrinin birinci müavini Qiorqi Xelaşvili, komitənin sədr müavini Davit Zilpimiani, komitə üzvləri Mariam Laşxi və Aleksandre Motserelia iştirak ediblər.