Türkiyə tərəfindən dəstəklənən "Azad Suriyə əsgəri" Suriyə ərazisinə daxil oldu
Türkiyə tərəfindən dəstəklənən “Azad Suriyə” əsgəri”-nin üzvləri sərhədi keçərək, Suriyə ərazisinə daxil oldular.
Türkiyənin DHA xəbər agentliyinin məlumatına görə, 20 avtobusdan ibarət olan kolona Suriyənin Azazi şəhərinə doğru yola düşdü.
Türkiyənin Müdafiyə naziri bəyan edir ki, bombalamalar başladı, ancaq, Türkiyə armiyası Afrin şəhərinə daxil olmayıb.
Nurettin Canikin dediyinə görə, əməliyyat beynəlxalq hüquq çərçivəsində həyata keçiriləcək və sadəcə terorist koridorlarının ləğv edilməsini nəzərdə tutur.
Ankarada bəyan edirlər ki, hərbi əməliyyatla bağlı Rusiya ilə məsləhətləşmələr davam edir.
Mövcud olan gərginlik fonunda türk medyası yazır ki, hərbi əməliyyat çərçivəsində Türkiyə yüksək dəqiqliyi olan silahlardan istifadə edəcək.
Aviasiyanın istifadəsi barədə son qərar hələ verilməyib, çünki Suriyə iqtidarı türk təyyarələrini saldırmaqla təhdid edir.