Türkiyə tərəfi Gürcüstan Müdafiə Qüvvələrinə logistika texnikasını verdi
Türkiyə tərəfi Gürcüstan Müdafiə Qüvvələrinə logistika imkanlarının yaxşılaşdırılması məqsədilə Türkiyənin HİDROMEK şirkətinin 8 mini ekskavator-yükləyici traktorunu verdi.
Texnikanın təhvil-təslim mərasimi Müdafiə Nazirliyinin ərazisində keçiridi. Tədbirdə Gürcüstanın Müdafiə naziri Cuanşer Burçuladze və Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay iştirak etdilər. Onlar yerindəcə yeni logistika obyektlərinə baxış keçirib, avadanlıqların imkanları ilə tanış oldular.
Tədbirdə, həmçinin qoşunların maddi-texniki təminatı komandanı polkovnik Kaxa Tabatadze və Türkiyə Respublikasının hərbi attaşesi polkovnik Burak Altıner tərəfindən imzalanmış texnikanın qəbul-təhvil-təslim protokolu da imzalandı.
Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, logistik avadanlığın təhvil verilməsi 2019-cu ildə Türkiyə Respublikası ilə imzalanmış hərbi maliyyə əməkdaşlığı sazişi çərçivəsində həyata keçirildi. Avadanlığın qiyməti 404 824 ABŞ dollarıdır. Gürcüstan hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında 2019-cu ildə imzalanmış hərbi maliyyə əməkdaşlığına dair saziş 5 il müddətində Gürcüstan Müdafiə Nazirliyinin məqsədləri üçün 100 milyon türk lirasi qrant ayrılmasını nəzərdə tutur.