Türkiyə Suriyyə tərəfindən Abxaziya və Cənubi Osetiya regionlarının "müstəqilliyinin" elan edilməsini beynəlxalq hüququn kobud şəkildə pozulması adlandırır
Gürcüstanın regionları olan Abxaziya və Cənubi Osetiyanın Suriyə rejimi tərəfindən “müstəqil” dövlətlər olaraq, elan edilməsi və onlarla diplomatik əlaqələr qurmaq cəhdi, beynəlxalq hüququn və BMT-nin təhlükəsizlik şurasının qərarının kobud şəkildə pozulmasıdır, – bu barədə bəyanatı Türkiyə Respublikasının Xarici İşlər Naziri Hami Aksoy verdi.
“Türkiyə hər zaman Gürcüstanın suverenliyini, bütövlüyünü və müstəqilliyini dəstəkləyir” – dedi Aksoy.
Bu barədə məlumatı Türkiyənin Gürcüstandaki səfirliyi yayır.
Xatırladaq ki, Suriyə Gürcüstanın işğal altında olan regionlarının “müstəqilliyini” “tanıdı”.
Qeyd olunan məsələ ilə bağlı, Gürcüstan Suriyə ilə diplomatik əlaqələrin dayandırılması prosesinə başladı.