Türkiyə Suriyanın şimalında kürdlərə qarşı hərbi əməliyyata başlaya bilər
Türkiyə Suriyanın şimalında kürdlərə qarşı hərbi əməliyyata başlaya bilər

Kürd qrupları yerli seçkilərlə bağlı planlarını reallaşdırsa, Türkiyə Suriyanın şimalında kürdlərə qarşı hərbi əməliyyata başlaya bilər.

“Biz terror təşkilatının seçki bəhanəsi ilə ölkəmizin və Suriyanın ərazi bütövlüyünə qarşı təcavüzkar hərəkətlərini diqqətlə izləyirik”, – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Suriyanın şimalında bir neçə hərbi əməliyyat keçirib və nəticədə Suriya ərazisinin bir hissəsinə nəzarət edir.

“Əvvəllər etməli olduğumuzu etdik. Eyni vəziyyətə düşsək, tərəddüd etmədən hərəkətə keçəcəyik. Ölkəmizin ərazi bütövlüyünə gəlincə, biz heç kimi dinləmirik və heç bir təhdidlərə boyun əymirik”, – deyə Ərdoğan bildirib.

Məlumat üçün bildirək ki, Türkiyə Suriyanın şimalında fəaliyyət göstərən “Xalq Müdafiə Birliyi” kürd qruplaşmasını terror təşkilatı kimi tanıyır. 1984-cü ildən bəri Türkiyə ilə kürd qrupları arasında gedən qarşıdurmada on minlərlə insan həlak olub.