“Şərqi Yerusəlimdə Türkiyənin səfirliyi açılacaq, – bu bəyanatı Türkiyənin Xarici İşlər Naziri, İslam Əməkdaşlığı Təşkilatının (OIC) fövqəladə sammitindən sonra verdi.
Mevlud Çavuşoğlu qeyd etdi ki, Yerusəlimdə OİC təşkilatının digər üzvləri də səfirlik açacaqlar.
“Fələstinin tanınması birləşmiş millətlər təşkilatının qərarına müvafiq şəkildə baş tutacaq. Biz əlimizdən gələni edəcəyik ki, Şərgi Yersəlim Fəlstinin paytaxtı kimi elan edilsin” – dedi Çavuşoğlu.
Yerusəlimin İsrailin paytaxtı kimi elan edilməsi haqqında ABŞ prezidenti Donald Tramp tərəfindən verilən qərarın, vəziyyəti daha da eskalasiya etmə təhlükələri ilə bağlı Brüsseldə, Avropa İttifaqının liderləri müzakirə apardılar. Ancaq, bu məsələ ilə bağlı rəsmi qərarı təşkilat hələ açıqlamayıb.
Avropa Şurasının prezidenti medyaya verdiyi məlumatda bəyan etdi ki, Avropa Birliyi iki ölkənin prinsiplərini qoruyur və bu mövqeyini dəyişməyəcək.