Türkiyə səfirliyi vətəndaşların zəlzələdən zərər çəkmiş bölgələrə yardım üçün göndərə biləcəyi əşyaları apara biləcəkləri ünvanların siyahısını dərc edir
Türkiyə səfirliyi vətəndaşların zəlzələdən zərər çəkmiş bölgələrə yardım üçün göndərə biləcəyi əşyaları apara biləcəkləri ünvanların siyahısını dərc edir

 

Türkiyənin Gürcüstandakı səfirliyindən verilən məlumatda zəlzələdən zərər çəkmiş bölgələrə yardım məqsədilə lazımi əşyaların toplanaraq Türkiyəyə göndərilməsinin səfirliyin koordinasiyası ilə həyata keçiriləcəyi deyilir.

“İanə edilən əşyaların yeni, qış şəraitinə uyğun olması, açıq torbada yerləşdirilməsi səfirlik tərəfindən minnətdarlıqla qarşılanacaq” – deyə səfirlikdən açıqlanıb.

Türkiyə səfirliyi həmçinin tələb olunan əşyaların siyahısını dərc edir: palto-kurtka, yağışlıq, cemper, əlcək, şərf, beret, corab, yorğan, yuxu çantası, qida paketi (quru və konservləşdirilmiş qida), uşaq qidası, uşaq bezləri, təmizlik və gigiyena vasitələri, qadınlar üçün bezlər.

Səfirlikdən verilən məlumatda bildirilir ki, maraqlanan şəxslər 2023-cü ilin fevralın 10-u, cümə gününün sonuna qədər aşağıda qeyd olunan ünvanlara yardımı çatdıra bilərlər.

Türkiyə səfirliyi – İ. Chavchavadze pr. 35, Tbilisi, [email protected]

Beliz Turpçu: 511 130 198
Boran Can Koçboğan: 599 033 560

GÜRTİAD Azadlıq Meydanı №4, Tbilisi, [email protected]
Mert Yumuşaker: 577 562 000

MÜSİAD- İ. Chavchavadze pr. №37, [email protected]
Khatuna: 557 505 946

MMC Yonpas Georgia, anbar, Livan 4/L , Avchala, Tbilisi, İsa Altun: 577 562 007