Türkiyə səfirliyi - bizim üçün olduqca ağır olan bu gündə gecikmədən yanımızda olan dost Gürcüstana ürəkdən təşəkkür edirik
Türkiyə səfirliyi - bizim üçün olduqca ağır olan bu gündə gecikmədən yanımızda olan dost Gürcüstana ürəkdən təşəkkür edirik

 

Türkiyə səfirliyi xilasetmə əməliyyatlarında göstərdiyi köməyə görə Gürcüstana təşəkkür edir.

“Bizim üçün olduqca ağır olan bu gündə gecikmədən yanımızda olan dost, yaxın qonşumuz və strateji tərəfdaşımız olan Gürcüstana ürəkdən təşəkkür edirik”- deyə Türkiyənin Gürcüstandakı səfirliyinin səhifəsində yazılıb.

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin qərarına əsasən Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar xilasedicilər xilasetmə tədbirlərində iştirak etmək üçün Türkiyəyə yola düşüblər, eləcə də müvafiq texnika göndərilib.