Türkiyə səfiri - yardım xahişinə ilk cavab verənlərdən biri qardaş Gürcüstan idi, gürcü axtarış-xilasetmə qruplarının orada olması Adıyamanlılar üçün ümid şüasıdır
Türkiyə Cümhuriyyətinin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri, Ali Kaan Orbayın bəyan etdiyinə görə, Gürcüstan Türkiyənin yardım xahişinə ilk cavab verənlərdən və axtarış-xilasetmə qrupları təşkil edənlərdən biri olub.
“Yardım xahişinə ilk cavab verənlərdən biri qonşu, köhnə dost, strateji partnyor, qardaş Gürcüstan idi. Zəlzələnin baş verdiyi elə həmin günü, bir neçə saata Gürcüstan Fövqəladə Hallar İdarəetmə Xidmətini axtarış-xilasetmə qruplarının təşklini həyata keçirdi. Mənə verdikləri məlumata görə, onlar artıq bir insanı, 21 yaşlı gənc qadını xilas etdilər və onların orada olması Adıyamanlılar üçün ümid şüasıdır”, – Türkiyə səfiri qeyd etdi.
Son göstəricilərlə, zəlzələ nəticəsində Türkiyədə 12 391 insan ölüb. Bununla yanaşı, Gürcüstanın üç vətəndaşının ölümü rəsmi olaraq təsdiq olunub.