Türkiyə səfiri ümid edir ki, sərhəd requlyasiyaları ilə bağlı hər iki tərəf üçün məqbul qərar veriləcək
Türkiyə səfiri ümid edir ki, sərhəd requlyasiyaları ilə bağlı hər iki tərəf üçün məqbul qərar veriləcək

Türkiyənin Gürcüstandaki səfiri Fatma Ceren Yazqan ümid edir ki, sərhəd requlyasiyaları ilə bağlı aparılan məsləhətləşmələrin nəticələri Gürcüstan üçün əlverişli qərarla başa çatacaq.

Bu barədə bəyanatı səfir Fatma Ceren Yazqan Acara hakimiyyətinin sədri Zurab Pataradze ilə görüş zamanı verdi.

“Əsas odur ki, hazırda bu məsələ ilə bağlı məsləhətləşmələr aparılır və inanıram ki, danışıqlar hər iki tərəf üçün də müsbət nəticələrlə başa çatacaq” – dedi səfir.

Görüş zamanı Zurab Pataradze də bu qərarın hər iki ölkə üçün əhəmiyyətli olduğunu vurğuladı.